Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Baydenin görüşü Azərbaycanda baş tuta bilər.

Unikal.org  xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Politico” nəşri məlumat yayıb.

Birləşmiş Ştatların sabiq rəsmiləri və ekspertlər mümkün görüş yerləri kimi İsveçrə, Finlandiya, Avstriya və Azərbaycanın adını çəkiblər. Ekspertlərin fikrincə, prezidentlərin görüşü paytaxt Reykyavik, Praqa, Lyublyan və Bakıda keçirilə bilər.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Vladimir Putin və Co Bayden arasındakı mümkün görüşün hər iki ölkəyə fayda gətirəcəyini söyləyib.