Əməkdar artist Zöhrə Abdullayeva yenidən xəstəxanaya yerləşdirilib.
Unikal.org xəbər verir ki, bu barədə Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, Z.Abdullayevanın səhhəti qəfil pisləşib. Sənətçi hazırda həkim nəzarətindədir.
Qeyd edək ki, müğənni revmotizmadan əziyyət çəkirdi. O, açıqlamasında yanlış müalicə olunduğu üçün ayaqlarının tutulduğunu demişdi. Xəstəliklə əlaqədar Z.Abdullayeva 30 kiloqram arıqlayıb. İfaçı bir müddət əvvəl də xəstəxanaya yerləşdirilmişdi. Müalicəsi bitdikdən sonra sənətçi evə buraxılmışdı