Aktrisa Bade İşçil İstanbulun Nişantaşı səmtində itini gəzdirərkən görüntülənib.
Unikal.org xəbər verir ki,Bade ayaqüstə jurnalistlərin suallarını cavablandırıb. Sənətçi pandemiya ərəfəsində heç bir layihəni qəbul etmədiyini deyib:
"Evdə oluram, heç nə etmirəm. Ancaq itimi gəzdirmək üçün küçəyə çıxıram. Qorxudan küçəyə çıxa bilmirəm. Yeni bir xəbərim, dəyişən halım yoxdur.
Öz gücümə dolanıram. Yüz evim, başqa əmlakım yoxdur. Olanlarınkına Allah bərəkət versin. Bu vəziyyətin hara kimi davam edəcəyini bilmirəm. Buna görə də büdcəmizə nəzarət edirik. Hər şeyin kiçiyinə doğru getməliyik, önümüzü görə bilmirik".