Xalq artisti Ağadadaş Ağayev əməliyyat olunub.
Unikal.org xəbər verir ki, bu barədə müğənninin oğlu Səbuhi Ağayev məlumat verib.
O, atasının bu gün İstanbulda əməliyyat olunduğunu deyib: “Beş saata yaxın davam edən əməliyyat uğurla yekunlaşıb. Hazırda atam narkozdan ayılıb və səhhəti yaxşıdır”.
Qeyd edək ki, Xalq artisti xərçəng xəstəliyindən əziyyət çəkir.