“Yuventus” İtaliya A Seriyasının 36-cı turunda səfərdə “Sassuolo”nu məğlub edib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 3:1 hesabıyla bitən qarşılaşmada “Yuventus”un ikinci qolunu vuran Kriştiano Ronaldo tarixi uğura imza atıb.
Portuqaliyalı hücumçu “Sassuolo” ilə oyunda da fərqlənərək, “Yuventus”dakı 100-cü qolunu vurub. Ronaldo üç fərqli ölkə klubunda və milli komandada 100-dən çox qol vuran ilk futbolçu olub.
Ronaldo daha əvvəl İngiltərənin “Mançester Yunayted” və İspaniyanın “Real” klublarında 100-dən çox qol vurub.