Əməkdar artist Elza Seyidcahan ondan küsən bacısı Lalə Seyidcahana cavab verib.
Unikal.org xəbər verir ki, müğənni "ATV maqazin onlarla" verilişində ona əsəbiləşmədiyini deyib:
"Bir az da bacım mənimlə reklam olunsun. Elə bir ailə göstərin ki, orada ana, bacı, kürəkən, övlad arasında söz-söhbət olmasın. Mən tərəfdən bir inciklik yoxdur. Uman yerdən küsərlər, hamı məndən inciyir. İncimirəm, xalqa məxsus sənətkaram. İnsanlar məni paylaşa bilmir. Amma mən paylaşmağı sevirəm. Lalə Seyidcahanla çox layihələrimiz olub: dəmirdən, kağızdan paltarlar".
Qeyd edək ki, Lalə Seyidcahan bacısı haqda "Aramızda inciklik var. Biz dörd bacıyıq, hamımız da istedadlıyıq. Onun yanında olan bəzi stilistlər elə bildi ki, Lalənin ayaqqabısını geyinib, onun kimi yeriyəcəklər. Mən də icazə verdim ki, get geyin. Heç vaxt onu başqa müğənniyə dəyişmirdim. Amma indi olacaq. Qısqanıb, qısqanmayacağını Elzanın özündən soruşarsınız" sözlərini demişdi.