27 yaşında vəfat edən "Nirvana" qrupunun qurucusu və solisti müğənni Kurt Kobeynin saç telləri hərraca çıxarılıb.
Unikal.org xəbər verir ki, məşhur müğənninin saç telləri "Iconic Auctions" adlı auksion şirkəti tərəfindən 14 min dollara satışa qoyulub. Saç tellərinin 29 oktyabr 1989-cu ildə yaxın dostu Tessa Osbourne tərəfindən kəsildiyi və saxlanıldığı bildirilib.
Qeyd edək ki, amerikalı məşhur müğənni 5 aprel 1994-cü ildə yaşadığı evdə intihar etmişdi.