Niderlandın Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinalında səsvermə keçirilib.

Unikal.org xəbər verir ki, səsvermənin nəticələrinə əsasən Azərbaycan final yarışmasına vəsiqə qazanıb.

Final mərhələsində həmçinin, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukraynanın da iştirakçıları çıxış edəcək.

Qeyd edək ki, müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində səhnəyə 14-cü çıxaraq “Mata Hari” mahnısını ifa edib.

Xatırladaq ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.

***

00:47

Bu gün Niderlandın Rotterdam şəhərində “Euorovision 2021” mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilir.

Unikal.org xəbər verir ki, Azərbaycanı təmsil edən Samirə Əfəndi 14 nömrə altında “Mata Hari” mahnısını ifa edib.

Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edib.

Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.