Əməkdar artist Elza Seyidcahan "Üzə-düz" proqramında qonaq olub.
Unikal.org xəbər verir ki, bəstəkar proqram boyunca həyatı barəsində bəzi açıqlamalar verib.
"Heç vaxt xəyanət görmədim. Amma mənə qarşı çox qısqanclıqlar oldu. Qadın kişinin yanında zərif, incə olmalıdır. Kişilər güclü qadınları görür amma boyunlarına almır. Həyat yoldaşım ata-ana evinə getməyə icazə vermirdi, həsrət qalmışdım. Elə yaxşı ki, ailəm dağıldı. Bağışlayanam, amma küsüb getdimsə, heç vaxt geri qayıtmıram. Gəlinlik qadının özünə, yarına məxsusdur. Gəlinlik qadının bəkarətidir. Qadın öz gəlinliyini geyinməlidir, kirayə götürməməlidir. Mən özüm bu günə kimi gəlinliyimi sandıqda saxlamışam. İnsanlar var ki, ayağım qoyulan yerə başlarını qoyurlar".