51 yaşlı Bill Porter 14 ildir QİÇS xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb.
Unikal.org xəbər verir ki, aktyor bu haqda "The Hollywood Reporter" müsahibəsində danışıb. O bildirib ki, həkimlər ona 14 il əvvəl bu diaqnozu qoyublar. Bill xəstəliyini gizlətməsinin səbəbini açıqlayıb:
"Düşündüm ki, insanların mənə münasibəti dəyişəcək. Həmin baxışlardan narahat olacaqdım. Hətta bu xəstəlik karyerama da mane ola bilərdi. QİÇS-in adı yaxşı deyil. Hətta anamdan belə bunu gizlədirdim. Bu haqda lazımi insanlar bildi. Adi həyat yaşamağa çalışdım, karyera qurdum. Amma əmin deyildim ki, məndə hər şey alınacaq".
Bill əlavə edib ki, xəstəliyindən illərdir utanır:
"Bizim kimi bir ailədə bu xəstəlik qəbuledilməz idi. Sanki Allah məni cəzalandırmışdı. İndi terapiyalara gedirəm, özümü daha yaxşı hiss edirəm. İndi məni insanların xəstəliyimə göstərəcəyi reaksiya maraqlandırmır".(axsam.az)