Türkiyənin tanınmış simalarından olan Yasemin Özilhan və həyat yoldaşı İzzet Özilhan övladları ilə getdiyi Göcek tətilindən qayıdıb. İstanbulun Bebek səmtində görüntülənən Özilhan jurnalistlərin suallarını cavablandırıb.
Unikal.org xəbər verir ki, o, aktyor Kerem Bürsin və Hande Erçelin sevgili olması haqda suala əsəbiləşib.
Yasemin "Kerem Bürsin və Hande Erçelin sevgili olması keçmiş sevgilisi Serenay Sarıkaya ilə dostluğunuzu bitirdi" sualına "O məsələləri mən danışmıyım. Qarışmıram" cavabını verib.
Qeyd edək ki, Yasemin Handeni sosial şəbəkədən izləməyə başlayıb, Serenayı dostluqdan çıxarıb.