Gəncə şəhərində oğurluq olub.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 12-də Gəncə şəhəri ərazisindəki evlərin birindən 200 manat pul, 13 500 manat dəyərində qızıl-zinət əşyaları, 4350 manat dəyərində 5 ədəd qol saatı və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Cəfərov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.