"Eurovision" musiqi yarışmasının yarımfinalında diqqətsizlikdən bayrağımıza hörmətsizlik edən xarici rəqqas Azərbaycan ictimaiyyətindən üzr istəyib.
Unikal.org xəbər verir ki, bu haqda İctimai Televiziyada məlumat verilib.
İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişinin aparıcısı Azər Aydəmir bu haqda canlı yayımda deyib:
"Xarici rəqqas "Eurovision"un yarımfinalında yaşanan bayraq qalmaqalına görə Azərbaycan ictimaiyyətindən üzr istəyib".