Tamaşaçı səsverməsinə əsasən, Azərbaycan 33 bal toplayıb.

Unikal.org xəbər verir ki, bununla ümumilikdə ölkəmiz 65 bal toplayıb. Azərbaycan müsabiqəni 20-ci yerdə tamamlayıb.

***

00:43

Xəbər verdiyimiz kimi, “Avroviziya” mahnı müsabiqəsinin böyük finalı keçirilir.

Unikal.org-un məlumatına görə, ölkəmizin təmsilçisi Samirə Əfəndinin çıxışı baş tutub.

O, 21-ci nömrə altında “Mata Hari” mahnısını təqdim edib.

***23:05

“Avroviziya” mahnı müsabiqəsinin böyük finalı başlayıb.

Unikal.org xəbər verir ki, final mərasimi Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da keçirilir.

Birincilik uğrunda Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya, Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Niderland mübarizə aparır.

Təmsilçimiz Samirə Əfəndi “Mata Hari” mahnısı ilə 21-ci nömrə altında çıxış edəcək.