Bir müddətdir efirlərə çıxmamağımın səbəbi Baloğlan Əşrəfovdur.

Unikal.org xəbər verir ki, bu barədə sözləri Əməkdar artist Yusif Mustafayev açıqlamasında bildirib. O, həmçinin də efirlərə çıxmamasının səbəbini açıqlayıb.

"Gündə bir yerdə yazırlar ki, Yusif Mustafayevin yeznəsi rəhmətə gedib, ona görə efirə çıxmır. İnsanlar da narahat olub zəng vurur, hətta kəndə evimizə gedənlər də var. Yeznəm 3 aydan çoxdur dünyasını dəyişib, buna görə bir müddət verilişlərə getmədim. Amma indi efirlərə çıxmamağımın səbəbi Baloğlan Əşrəfovdur. Biz qardaş, dost, ailəvi yaxın olmuşuq. Demişəm ki, onun 40 mərasiminə kimi heç bir efirə qatılmayacam".(axşam.az)