Avropa Yayım Birliyi “Avroviziya-2021” mahnı müsabiqəsinin qalibinin canlı yayımda narkotik istifadə etməsi ilə bağlı ittihamlara münasibət bildirib.
Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, “Måneskin” rok-qrupunun solisti, müğənni David Damiano İtaliyaya qayıtdıqdan sonra könüllü olaraq narkotik testindən keçəcək. Testin nəticəsi Avropa Yayım Birliyi tərəfindən elan olunacaq.
“İtaliya nümayədə heyəti bizə bildirib ki, “Yaşıl Otaq”dakı masanın üzərində narkotik olmayıb, şüşələr qırılıb. AYB otaqdakı yoxlamadan sonra qırılan şüşənin tapıldığını təsdiqləyə bilər. Hələ də görüntüləri diqqətlə araşdırırıq və vaxtında əlavə məlumat verəcəyik”-, məlumatda qeyd olunub.