Türkiyəli aktyor Engin Altan Düzyatan batareya ilə işləyən avtomobillərə ehtiyacı olduğunu deyən şəxslər tərəfindən aldadılıb.
Unikal.org xəbər verir ki, Düzyatanla iş adamı Emre Kurala zəng edən bir şəxs bir bələdiyyənin şəxsi köməkçisi kimi tanıdıb. Batareyalı avtomobilə ehtiyacları olduğunu deyən şəxs aktyor və biznesmendən pul istəyib.
Düzyatan həmin şəxsə 3 min lirə göndərib. Daha sonra aldadıldığını anlayan sənətçi Kuralla birlikdə polisə şikayət edib. Dələduzlar polis tərəfindən tapılaraq həb edilib. İki kişi dələduzluğa görə 4 il azadlıqdan məhrum edilib. Hakim cəzanı 1 il 8 ay həbs, 125 gün pul cəzası ilə əvəzləyib.