Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahov dəfn edilib.

Unikal.org xəbər verir ki, T.Salahov Birinci Fəxri xiyabanda torpağa tapşırılıb.

***11:47

Mərhum Xalq rəssamı Tahir Salahovla vida mərasimi keçirilir.

Unikal.org xəbər verir ki, mərasim dünya şöhrətli rəssamın İçərişəhərdə yerləşən evində təşkil olunub. Vida mərasimində onun ailə üzvləri, yaxınları və bəzi ictimai-siyasi xadimlər iştirak edirlər.

T.Salahovun cənazəsi Birinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək k, Xalq rəssamı Tahir Salahov mayın 21-də 93 yaşında dünyasını dəyişib.