"Transformers" serialındakı rolu ilə dünya şöhrəti qazanan Megan Foksun mərasim geyimi  diqqət  çəkib.  

Unikal.org xəbər verir ki,  sevgilisi ilə  birlikdə "2021 Billboard Musiqi Mükafatları" mərasimində qırmızı xalı üzərində pozalar verən aktrisanın açıq-saçıq geyimi izləyiciləri tərəfindən qınanılıb.  

Həmin fotoları sosial şəbəkədə paylaşan Megana "Paltar haradadır?”kimi  çox sayda təhqir xarakterli şərhlər gəlib. Belə ki, aktrisa  mayolu geyiminin üzərinə  qara tül bağlayaraq mərasimə  qatılıb.  O bununla da yeni dəb yaratmaq istəyib.