Müğənni Şəbnəm Tovuzlu "Onun sirri" proqramına qonaq olub.
Unikal.org xəbər verir ki, ifaçı proqram boyunca şəxsi həyatı ilə bağlı bir sıra açıqlamalar verib. O, həyat yoldaşının qısqanclıqlarından bəhs edib:
"Dəfələrlə boşanmaq istəmişəm. Ciddi yox, amma söz-söhbət o həddə gətirib. Bir-birimiz anlayırıq, amma müəyyən qısqanclıqlar yaşanır. Daha çox geyim üstündə olur. Bəzi geyimlərə qarşı çox ciddidir. Düzdür, mən çox açıq, qısa geyinmirəm. Səhnə adamıyam, bəzi paltarlar olur ki, geyinmək istəyirəm. Dar şalvarları sevmir. Bir də mediada çıxan xəbərlərə görə əsəbiləşir".