"Eurovision 2021"in qalibi olan İtaliyanın "Maneskin" qrupu ilə bağlı qalmaqal bitmək bilmir.
Unikal.org xəbər verir ki, daha əvvəl narkotik maddə istifadə etdiyi deyilən qrupun solisti test verərək, adını təmizə çıxarıb.
Bu dəfə qrup oğurluqda ittiham olunur. "Zitti e Buoni" mahnısı ilə bağlı bağlı qalmaqal yaşayan qrup birinci olduqdan sonra iddialar daha da güclənib.
2015-ci ildə işıq üzü görən "FDT" adlı mahnıya bənzətildiyi deyilən "Zitti e Buoni" səs-küyə səbəb olub. Daha sonra "Nebra" adlı başqa bir italyan qrup mahnının 2018-ci ildə gitara ilə hazırlanan versiyasına sahib olduğunu bildirib.