Moskvada koronavirusa yoluxan Əməkdar artist Mətanət İsgəndərli xəstəxanadan evə buraxılıb.

Unikal.org xəbər verir ki, ifaçı bu barədə "Instagram"da məlumat paylaşıb.  Belə ki, Mətanət gözəllik salonundan görüntü paylaşaraq sağaldığını bildirib.

Qeyd edək ki, koronavirusu ağır keçirən Mətanət İsgəndərli xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilmişdi.