Müğənni Xuraman Şuşalı ATV maqazin onlarla" verilişinə qonaq olub.
Unikal.org xəbər verir ki, ifaçı verilişdə səhhətində yaranan problemlərdən söz açıb.
O bildirib ki, 4 övlada baxmaq çətindir:
"Psixoloq deyir ki, hər an beynin "stop" edə bilər. Gecə balaca qoymur yatmağa, gündüz böyüklər. Onların dərsləri ilə maraqlan, istədiklərini et... Bir-birilərini döyürlər. Çox çətindir. Bu sözlərimi eşidən heç vaxt üçüncü uşaq haqda fikirləşməz".