Müğənni Günel Zeynalova Kazım Sübhanın "Özəl" proqramının qonağı olub.
Unikal.org xəbər verir ki, sənətçi Türkiyədə tanınmasına kömək edən İbrahim Tatlısəsdən danışıb. O, aparıcının "Albomun hazırlanması, piarın maddi tərəfləri var" sözlərinə belə cavab verib:
"Hamısını İbrahim Tatlısəs qarşılamışdı. İlk albomum 2 milyon satmışdı. İbrahim Tatlısəs şokda idi. Deyirdi, dayanmadan satılır. Hətta Bakıda saxta versiyasını hazırlayıb satırdılar. Üzüm nə halda idi, fotoda özümü tanıya bilmirdim"