Türkiyənin məşhur aktrisası Serenay Sarıkaya iş adamı Haldun Demirhisarla sevgili olma iddialarına cavab verib.
Unikal.org xəbər verir ki, biznesmenlə Göcek tətilində görüntülənən sənətçi sevgili olmadıqlarını deyib.
"Yeni bir şey demək istəmirəm. Daha əvvəl də eşq xəbərlərinin yalan olduğunu söyləmişdim. Fotoların çəkildiyi yer mənim evim. Dostlarımla bir araya gəlmək qədər təbii heç nə ola bilməz. Hər dəfə çıxan eyni xəbərlərin yalan olduğunu demək istəmirəm".