Türkiyəli müğənni Demet Akalın ilə həmkarı Seda Sayan İnstaqramda biri-birini izləmədən çıxarıb.
Unikal.org xəbər verir ki, buna səbəb isə Demet Akalın ilə Alişanın "Star" telekanalındakı verilişinin yayımdan qaldırılması olub. Belə ki, onların yerinə Seda Sayan səhər proqramı aparacaq.
İlk olaraq D.Akalın həmkarını, daha sonra isə S.Sayan müğənnini İnstaqramdan silib.