Uzun müddətdir efirlərdə görünməyən aktrisa Məryəm Uzərli paylaşımları ilə gündəmə  gəlib.  

Unikal.org xəbər verir ki, pandemiya səbəbindən xaricdə  yaşayan aktrisa sosial şəbəkədən etdiyi paylaşımlardan pul qazanır. Belə ki, o, "Instagram" üzərindən paylaşdığı bir fotodan reklam vasitəsilə 259 min TL ( 51 min azn) pul götürür.  Aktrisanın evdə otutub rahat şəkildə pul qazanması  media istifadəçilərinin  diqqətini  çəkib.  

Qeyd edək ki,  Məryəm Uzərli "Möhtəşəm əsr serialındakı"  "Xürrəm Sultan" rolu ilə məşhurluq qazanmış türk əsilli Almaniya aktrisasıdır.