Ermənistan ordusunun Gorus rayonunda yerləşən bölmələrindən birində xidmət edən hərbi qulluqçu D.Albert xidməti silahından atəş açaraq özünə qəsd edib.
Unikal.org erməni KİV-lərinə istinadla xəbər verir ki, hərbçinin valideynləri onun bu addımı atmasına səbəb kimi, övladlarının daha çox xidmət etmiş əsgərlər tərəfindən təhqirlərə məruz qalmasını əsas gətiriblər.
Komandanlıq faktı ört-basdır etmək məqsədilə hələlik hüquq-mühafizə orqanlarına yazılı məlumat verməyib. Ermənistan Müdafiə Nazirliyi əsgər D.Albertin özünəqəsd faktını mətbuatdan gizlədir.