"Sosial şəbəkələrə yavaş-yavaş alışdım. 15-20 il öncə tamaşaçılar bizi yalnız televiziyalarda görürdülər, şərhlərin yazılmasına tribuna yox idi. Zamanla şərhlərə də alışdım. Tənqidlərdən nəticə çıxarmağa çalışdım, amma təhqiri qəbul etmədim, qəbul etməyəcəm".
Unikal.org xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva İnstaqram hesabında yazıb. Müğənni sosial şəbəkədən istifadəsindən bəhs edib:
"Bu yazdıqlarımı təkcə özüm üçün yox, özümü başqa sənət yoldaşlarımın yerinə qoyaraq yazıram. Biz - müğənnilərin həyatı şəkillərdə görməyə alışdığınız kimi, hər zaman gözqamaşdıran və parlaq olmur. Bizim də problemlərimiz, “Nə edim? Necə edim?” düşünürək çarəsiz qaldığımız zamanlar olur. Amma biz sizin qarşınıza hər zaman pozitiv, gümrah, gözəl çıxmağa çalışırıq. Çünki bu bizim işimizdir!".