"Atamın vəziyyəti ağır olaraq qalır. Hələ də yataq xəstəsidir".
Bu sözləri Unikal.org-a açıqlamasında meyxanaçı Ağakərimin oğlu Kamil Novruzov deyib. O, atasının müalicəsini evdə davam etdiyini bildirib:
"Uzun zamandır ki, atam evdə yataq xəstəsi olaraq müalicəsini davam etdirir. Yanına həkim və ailə üzvlərindən başqa heç kim girmir. Pandemiya dövrüdür deyə, qorxuruq. Atamı virusdan qorumağa çalşırıq".
Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən meyxanaçının səhhətində ciddi problemlər yaranıb.
Gülayə Mecid