Sevinc və Sevil Səfərovalar dünyasını dəyişmiş atalarının Rusiyada daha bir qız övladının olduğunu açıqlayıb.
Unikal.org xəbər verir ki, “Həmin Zaur” proqramında qonaq olan ifaçılar atalarının nikahdankənar dünyaya gələn bacıları ilə əlaqələrinin olduğunu deyiblər.
Sevinc Səfərova bildirib ki, Alana adlı xanım Rusiyada ailə həyatı qurub:
“Mərhum atamın Rusiyada yaşayan Alana adlı qızı var. Bacımızdır. Anası rusdur. 20-dən çox yaşı var. Görüşmüşük. Bakıya heç vaxt gəlməyib, orada ailə qurub. Bir-birimizə çox oxşayırıq. Sevilə daha çox bənzəyir. Atam sağ olarkən maraqlanardı. Anam da ona heç vaxt fərq qoymayıb. Hazırda qardaşımla anam onunla eyni şəhərdə yaşayır, bir-birilərini görürlər”.