Türkiyənin tanınmış aktyoru "Polad Alemdar" obrazı ilə yaddaşlara həkk olan Necati Şaşmazdan diqqətçəkən paylaşım gəlib.
Unikal.org xəbər verir ki, aktyor 8 yaşlı oğluna "itayət" edənlərin videogörüntülərini paylaşıb. Belə ki, bununla bağlı Şaşmaz açıqlamasında bildirib ki, "Oğlum gələcəyin Mehdisidir. Ona indidən zikr edirlər",- deyə bildirib. Həmçinin də, o, oğlunu dini məzhəblərin varisi olaraq gördüyünü iddia edib.
Qeyd edək ki, Necati Şaşmazla Nagehan Kaşıkçı bu ilin mayında səssiz şəkildə boşanıblar. Şaşmazın keçmiş həyat yoldaşı Nagehan Kaşıkçının sözlərinə görə, oğlunu bu kimi məzhəblərdən uzaq tutduğunu, ərini uşaqların psixilogiyası ilə oynamamasını bildirib.