Türkiyəli müğənni Oğuzhan Koçla eşq yaşayan aktrisa Demet Özdemir media nümayəndələrinin suallarını cavablandırıb.
Unikal.org xəbər verir ki, ötən günlərdə Ayvalıkta tətilə başlayan Demet və Oğuzhanın evlənmə qərarı aldığı iddia olunub.
29 yaşlı aktrisa "Hər şey çox gözəl gedir. Gözəl anlar yaşayırıq. Bir-birimizə çox şey qatdığımızı düşünürəm. Ona görə də çox xoşbəxtəm" sözlərini söyləyib.
Özdemir Oğuzhanla nikah masasına oturacağı haqda suallara "Ötən gün Oğuzhandan soruşdum ki, belə olacağına inanırdın? Bunlar qismət işidir. Bu sualı ondan soruşun. hazırda gözəl münasibət yaşayırıq. yayın dadını çıxarırıq. Bu sualın zamanı indi deyil" cavabını verib.