Rəqqasə Fatimə Fətəliyeva "ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasına qonaq olub.
Unikal.org xəbər verir ki, rəqqasə özəl həyatı ilə bağlı bir dıra etiraflar edib. Belə ki, Fatimə ailə həyatının dağılmasından bəhs edib. O bildirib ki, keçmiş həyat yoldaşı ona şiddət göstərib:
"Deyirdim duz-çörək yeyəcəm, amma səni sevəcəm. Şiddət də gördüm. Soğan çörək yeyəcəm, amma səni sevəcəm. Bu, boşdur. Gördüm ki, soğan-çörək yeyəndə səni öldürəcəklər. Qadınlar var ki, ailədə bu cür problemlə yaşayır, illərlə dözür. Deyirlər, bəs qohum, ailə? Təməli özüm qırdım. Dedim ki, qırıram, amma dözə də bilərdim".