Türkiyəli müğənni-aktyor Özcan Dəniz 26 yaşlı iranlı sevgilisi Samar Dadgar ilə ilk dəfə kameralara tuş gəlib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük İstanbulun Fulya səmtində avtomobil salonlarının birində görüntülənib.
Sevgilisiylə birlikdə dəyəri 3 milyon TL (təxminən 605 min manat) olan avtomobil alan Özcan müxbirin suallarını cavabsız qoyub. Müğənninin nəqliyyat vasitəsini kim üçün aldığı isə hələlik bəlli deyil.
Qeyd edək ki, cütlük ötən ilin yazından münasibətə başlayıb.