Rusiyanın Almaz-Antey Konserninin müəssisələri hazırda inkişafda olan "S-500 Prometey" hava hücumundan müdafiə sistemləri üçün raket istehsalına başlayıb.
Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın məşhur "TASS" xəbər agentliyi məlumat yayıb.
"Rusiya Müdafiə Nazirliyi ilə Almaz-Antey Konserni arasında 2020-ci ilin sonunda imzalanan müqaviləyə əsasən, Aerokosmik Qüvvələrə təhvil veriləcək seriyalı raketlərin istehsalı davam edir", - deyə rəsmi mənbədən adıçəkilən agentliyə bildirilib.
Mənbələrə əsasən, S-500-ün sınaq atışları Rusiyanın cənubundakı sınaq poliqonunda davam edir. Onların 2021-ci ilin sonunda tamamlanması gözlənilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin 20 iyul tarixli məlumatında bildirilir ki, qabaqcıl Rusiya istehsalı olan S-500 hava hücumundan müdafiə raket sistemi, sınaq buraxılışı zamanı Kapustin Yar poliqonunda yüksək sürətli ballistik hədəfi vurub.
Bundan əlavə, S-500 raket sisteminin dünyada analoqunun olmadığı, bütün əməliyyat və potensial aerokosmik hücum silahlarını vurmaq üçün hazırlandığı qeyd olunub.
Ağarza Elçinoğlu