Qlobal neft bazarının tam bərpası 2022-ci ildə gözlənilir.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, bu il gündəlik qlobal neft tələbatının təxminən 5,8-6 mln. barel artacağı gözlənilir: "Ümid edirəm, bərpa prosesi 2022-ci ildə tam bitəcək".