İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əsasında Hərracların Təşkili Mərkəzinin yaradılmasına başlanılıb.

Unikal.org xəbər verir ki, bu iş Prezident İlham Əliyevin bu il iyunun 26-da imzaladığı fərmana uyğun olaraq həyata keçirilir.

Struktur dəyişikliyi ilə əlaqədar sabah keçirilməsi nəzərdə tutulan nəqliyyat vasitələri üzrə hərracın tarixi noyabrın 16-na, 4, 11 və 18 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulan torpaq müsabiqələri və hərraclarının tarixi isə noyabrın 25-nə dəyişdirilib.