2022-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqının 807,6 manat olacağı proqnozlaşdırılır.
Unikal.org-un məlumatına görə, bu, Hesablama Palatasının İşsizlikdən sığorta fondunun büdcəsinin layihəsinə verdiyi rəydə əks olunub.
Rəydə qeyd edilib ki, 2022-ci il üzrə dövlət büdcəsinin layihəsi ilə birgə Hesablama Palatasına təqdim edilmiş məlumatlarda cari il üzrə orta aylıq əmək haqqının 2020-ci il üzrə müəyyən edilmiş göstəricini 35,1 manat və ya 5% üstələyərək 742,8 manat 2022-ci il üzrə proqnozlaşdırılan göstəricinin isə cari ilin müvafiq göstəricisini 64,8 manat və ya 8,7% üstələyərək 807,6 manat olacağı qeyd edilib.