Naxçıvan Muxtar Respublikası üzrə 2021-ci ilin oktyabr ayında verilən təbii qazın həcmi, satışdan daxil olan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.

Unikal.org xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% nəticə ilə yerinə yetirilib.

Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.

Həmçinin Dövlət Energetika Xidməti üzrə 2021-ci ilin oktyabr ayında verilən elektrik enerjisinin miqdarı, satışdan daxil olan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.

Qeyd olunub ki, oktyabr ayında texniki itki nəzərə alınmaqla verilən 30 milyon 223 min 400 kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 534 min manat olub, cəmi 2 milyon 540 min 700 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,3 faizini təşkil edir.

Anar Kəlbiyev