Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, düşmənin kapituliyasından dərhal sonra Vətən müharibəsi zamanı istifadə və çıxdaş olunmuş silah və sursatların, hərbi texnikaların yenilənməsi, o cümlədən bir sıra hərbi texnika və avadanlıqların ehtiyatlarının yaradılması və bərpası üçün gələn ilin dövlət büdcəsindən əlavə olaraq 500 milyon manat vəsait ayrılıb".
Unikal.org-un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
“Bununla da xüsusi müdafiə təyinatlı xərclər 2 milyard 100 milyon manata çatdırılıb”, - nazir vurğulayıb.