Nazirlər Kabineti Azərbaycanın 5 illik sosial-iqtisadi inkişaf strategiyasının layihəsi hazırlayaraq ölkə rəhbərliyinə təqdim edib".
Unikal.org xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində bildirib.
"Ali rəhbərlik həmin sənədə baxıb onu təsdiq etdikdən sonra əlavə maliyyə vəsaitlərinə ehtiyat yaransa, gələn ilin dövlət büdcəsinə qanunvericiliyə uyğun olaraq bəzi dəyişikliklər edilə bilər. Bununla belə, dövlət və icmal büdcələrinin gəlirlərinin hesablanmasında İqtisadiyyat Nazirliyinin 2021-2025-ci illər üzrə hazırladığı makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən növbəti ildə ÜDM-in 3,9%-lik, qeyri-neft sektorunun 4,9%-lik real artım sürəti əsası kimi qəbul edilib”, - o deyib.