"Biz büdcə proqnozlarını tərtib edərkən neftin müəyyən qiymətini nəzərdə tutmuşduq. Hazırda 9 ayın orta çəkili qiyməti, təxminən, büdcə proqnozunda nəzərdə tutulan qiymətdən 28 dollar artıqdır".
Unikal.org-un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
"Neftin qiymətinin artımı hələ də davam edir. Yəqin ki, hadisələri izləyirsiniz və bunun nə ilə bağlı olduğunu bilirsiniz", - nazir vurğulayıb.