“Bu gün mətbuatda şayiələr yaranmışdı ki, mobil cihazların qeydiyyat rüsumu artırılacaq. Bu tamamilə şayiədir".
Unikal.org xəbər verir ki, bunu 2022-ci il dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, avtomobillərlə bağlı yayılan məlumatlar da tamamilə şayiədir.
“Ərzaq məhsullarının qiymətlərinə təsir göstərəcək heç bir qəpik də rüsum artırılmasından söhbət gedə bilməz. Baytarlıq məhsullarının rüsumları artırılmır”, - deyə S.Şərifov vurğulayıb.