Gələn il Milli Məclisin deputatlarının əməkhaqqı üçün ayrılan vəsait məlum olub.
Unikal.org-un məlumatına görə, bu, “Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, bu istiqamətə 5 382 624 manat ayrılıb.
Qeyd edək ki, ümumilikdə Milli Məclisin və onun aparatının 2022-ci il üçün xərclər smetası 42 036 822 manat vəsait ayrılıb.