“Azərbaycan şanlı qələbədən sonra yeni dövrə qədəm qoyub. İnsanlarımızın Qarabağa və Şərqi Zəngəzura qayıdışının sürətləndirilməsi üçün işlər həyata keçirilir”.
Unikal.org-un xəbərinə görə, bu fikirləri maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“İşğaldan azad edilən ərazilərdə bərpa işləri aparılır, yenidən həmin ərazilərdə olan məscidlərimizdə azan səsləri eşidilir”, - deyə o vurğulayıb.
Gələn ilin dövlət büdcəsində ən mühüm istiqamətlərindən biri işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsidir. Bu məqsəd üçün növbəti ildə 2,2 milyard manat vəsait nəzərdə tutulub.
Anar Kəlbiyev