İqitsadi artımın sürətlənməsi və istehlak fəallığının genişlənməsi cari ildə vergi daxilolmalarına öz müsbət təsirini göstərib.
Unikal.org-un məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, cari ilin 10 ayında vergi daxilolmaları 7.4 milyard manata çatıb.
"Qeyri-neft sektoru üzrə vergi daxilolmaları 13 faiz artaraq 5.4 milyard manata çatıb. Özəl sektordan daxilolmaların sürəti daha yüksəkdir. Cari ilin 10 ayında bu sektordan daxilolmalar 20 faizədək artıb", - deyə o bildirib.