“Azərbaycanın iri özəl müəssisələri ilə əlaqədəyik, onlar özlərinin qiymətli kağızlarını buraxmaq istəyirlər”.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
“Həmçinin düşünürük ki, Azərbaycan İnvestisiya Holdinqinin həyata keçirdiyi islahatlar hesabına iri dövlət şirkətlərində aparılan sağlamlaşdırma tədbirləri, korporativ idarəetmə standartlarının tətbiqi imkan verəcək ki, həmin müəssisələr də kapital bazarına çıxsınlar, pul tələblərini ödəmək üçün dövlət büdcəsinə yox, fond bazarına üz tutsun” - o qeyd edib.