“Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il üçün gəlirlərinin 78%-ni məcburi dövlət sosial sığorta yığımları üzrə formalaşacaq”.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Nazir müavini bildirib ki, növbəti ildə fondun xərcləri gəlirlərinə bərabər olacaq və 2021-ci ildəkindən 3,1 % çox olacaq.
A.Kərimov qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun əleyhinə yekunlaşmış məhkəmə qərarlarının sayında 96 % azalma müşahidə edilib.
"Bütün ölkə üzrə fərdi uçot tam şəkildə mərkəzləşdirilib. Hazırda ünvanlı sosial yardım üzrə maddi məişət şəraitinin yoxlanılması və ölkə üzrə arxiv işlərinin mərkəzləşdirilməsi üzrə iş aparılır”.
Anar Kəlbiyev