2019-2021-ci illər ərzində 551 fakt üzrə qanunsuz dövriyyədən götürülən ümumilikdə 5 ton 960 kiloqramdan artıq narkotikin 83 %-dən çoxu, başqa sözlə 4 ton 985 kiloqram 770 qramı daha təhlükəli ağır narkotik vasitə hesab edilən heroindən ibarət olub.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Azərtac-a müsahibəsində deyib.
"Ciddi narahatlıq doğuran məqamlardan biri də sözügedən dövr ərzində saxlanılan psixotrop maddələrin 99,4 %-inin, yəni 274 kiloqram 722 qramının “qara bazar”da “patı” və “şüşə” adı altında satılan metamfetaminin təşkil etməsidir. Onu da qeyd edim ki, təkcə cari il ərzində aşkar olunan faktlar üzrə 1 ton 733 kiloqram 504 qram heroin, 508 kiloqram 432 qram tiryək, 194 kiloqram 122 qram metamfetamin və sair olmaqla, ümumilikdə 2 ton 481 kiloqram 5 qram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb", - S.Mehdiyev bildirilib.